satellite   Azerspace-1: 11135 H 30000

Britaniya təyyarədaşıyan gəmisini Qırmızı dənizə göndərməyi nəzərdən keçirir

Britaniya təyyarədaşıyan gəmisini Qırmızı dənizə göndərməyi nəzərdən keçirir

Böyük Britaniya Yəmənin “Ənsar Allah” hərəkatının husiləri ilə döyüşmək üçün iki təyyarədaşıyan gəmisindən birini Qırmızı dənizə göndərməyi düşünür.

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippi "Daily Telegraph" qəzetinə müsahibəsində deyib.

Hippinin sözlərinə görə, Britaniya təyyarədaşıyan gəmisi döyüş patrul bölgəsində Amerikanın “Dwight D. Eisenhower” aviadaşıyıcısını əvəz edə bilər. Rəsmi vurğulayıb ki, ABŞ təyyarədaşıyan gəmisi bölgədə çox qala bilməz. Buna görə də İngiltərənin təyyarədaşıyan gəmisinin lazım gəlsə, Amerikanın əvəzinə döyüş patrullarını davam etdirə bilməsi lazımdır.

Bundan əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Gravely” esminesinin Yəmənin şimalında hakim olan “Ənsar Allah” hərəkatından husilər tərəfindən atılan gəmi əleyhinə qanadlı raketi vurduğu bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM