satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan hakimiyyəti ölkənin himni və gerbinin dəyişdirilməsi ilə bağlı qərar qəbul etməyib

Ermənistan hakimiyyəti ölkənin himni və gerbinin dəyişdirilməsi ilə bağlı qərar qəbul etməyib

Ermənistan hakimiyyəti ölkənin himni və gerbinin dəyişdirilməsi ilə bağlı qərar qəbul etməyib.

Naxçıvan televiziyası “Armenia Today”ə istinadən xəbər verir ki, bu barədə parlament sədrinin müavini Ruben Rubinyan bildirib.

Onun sözlərinə görə, hazırda hakim “Vətəndaş Müqaviləsi” partiyasının, onun parlamentdəki fraksiyasının və hökumətin bununla bağlı hər hansı qərarı yoxdur.

“Kim dedi ki, biz himni və gerbi dəyişmək istəyirik? Mən onları dəyişdirmək istəmirəm”, - o deyib.

Həmçinin onun sözlərinə görə, Ermənistan üçün yeni konstitusiya layihəsi mövcud deyil, “onu heç kim görməyib”.

Qeyd edək ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, Ermənistanın dövlət himni və gerbi dəyişdirilməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM