satellite   Azerspace-1: 11135 H 30000

Yunanıstanın paytaxtı Afinada silahlı şəxs üç nəfəri güllələyib

Yunanıstanın paytaxtı Afinada silahlı şəxs üç nəfəri güllələyib

Afinanın dənizkənarı Qlifada rayonunda “European Navigation” gəmiçilik şirkətinin ofisinə soxulan silahlı şəxs oradakı insanları karabinlə atəşə tutub.

Naxçıvan televiziyası Yunanıstanın “Newsbomb.gr” portalına istinadla xəbər verir ki, cinayətkar üç nəfəri qətlə yetirdikdən sonra intihar edib. “Kathimerini” qəzeti hücum edən şəxsin vaxtilə həmin kompaniyada işləyən misirli olduğunu və bu yaxınlarda işdən çıxarıldığını yazıb.

Hazırda hadisə yerinə polis və təcili yardım maşınları cəlb olunub. Ətraf küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM