satellite   Azerspace-1: 11135 H 30000

Filippində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 68-ə çatıb

Filippində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 68-ə çatıb

Filippinin cənubunda baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 68-ə çatıb.

Naxçıvan televiziyası “The Standard” saytına istinadən xəbər verir ki, hökumətin açıqladığı rəsmi rəqəmlərə görə, bazar ertəsi palçıqdan ondan çox cəsəd çıxarılıb. Mədən işçiləri və kəndlilər də daxil olmaqla 51 nəfər hələ də itkindir. Səlahiyyətlilər itkin düşənlərin hamısı çıxarılana qədər axtarışları davam etdirəcəklərini bildiriblər.

Qeyd edək ki, torpaq sürüşməsi Davao de Oro əyalətinin Mako şəhərində qızıl mədəninin yaxınlığında baş verib. Davao de Oro əyalətinin rəsmisi Edvard Makapili bildirib ki, xilasetmə işlərinə 300-dən çox adam cəlb olunub, lakin güclü yağış, palçıq və növbəti sürüşmə təhlükəsi əməliyyatlara mane olur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM