satellite   Azerspace-1: 11135 H 30000

Tramp yenidən prezident seçilsə, milyonlarla qanunsuz miqrant deportasiya olunacaq

Tramp yenidən prezident seçilsə, milyonlarla qanunsuz miqrant deportasiya olunacaq

Donald Tramp ABŞ-da keçiriləcək növbəti prezident seçkilərində qalib gələcəyi təqdirdə milyonlarla qanunsuz mühaciri deportasiya etmək niyyətindədir.

Naxçıvan televiziyası xəbər verir ki, Axios portalının adı açıqlanmayan mənbəyə istinadla verdiyi məlumata görə, Donald Tramp deportasiya planının həyata keçirməsinə həm federal, həm də yerli hüquq-mühafizə orqanlarının, o cümlədən İmmiqrasiya Xidmətinin, Federal Təhqiqatlar Bürosunun, Narkotiklərlə Mübarizə İdarəsinin və prokurorluğun nümayəndələrini cəlb etmək istəyir.

Bu proses ABŞ-nin immiqrasiya qanununun mübahisəli maddələri, o cümlədən 1930-cu illərdə meksikalıları zorla repatriasiya etməyə icazə verən müddəalar əsasında həyata keçiriləcək. Beləliklə, ABŞ-də yaşayan 4 milyona yaxın meksikalı, həmçinin ölkəyə qeyri-qanuni yollarla daxil olan təxminən 2,2 milyon Mərkəzi Amerika vətəndaşı deportasiya oluna bilər.

Donald Tramp yenidən seçiləcəyi halda ilk növbədə ABŞ sərhədlərini bağlamaq və qeyri-qanuni mühacirləri ölkədən çıxarmaq niyyətində olduğunu dəfələrlə bildirmişdi. O, eyni zamanda Birləşmiş Ştatların cənub sərhədindəki vəziyyətdən narahatlığını ifadə etmiş və rekord mühacir axını ilə bağlı ölkədə terror aktlarının artacağını proqnozlaşdırmışdı.

Bu arada ABŞ-nin cənub ştatları ilə mərkəzi hakimiyyət arasında gərginlik artmağa davam edir. Texas Milli Qvardiyası federal sərhəd xidmətinin əməkdaşlarını Rio-Grande çayı boyunca Meksika ilə sərhədin təxminən 4 kilometrlik hissəsinə buraxmayıb. Ştatın hakimiyyət orqanları Ağ evin sərhədi lazımi şəkildə qorumadığını və bunun qanunsuz mühacir axınının artmasına səbəb olduğunu bəyan edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM