satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardımla bağlı qanun layihəsini qəbul edib

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardımla bağlı qanun layihəsini qəbul edib

ABŞ Konqresinin Yuxarı Palatası (Senat) Ukrayna, İsrail və Tayvana yardımla bağlı qanun layihəsini qəbul edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Bildirilib ki, qanun layihəsinin lehinə 70 senator, əleyhinə isə 29-u səs verib.

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynaya yardımı dəstəklədikləri üçün senatorlara təşəkkür edib: “ABŞ-nin yardımı Ukraynada ədalətli sülhün gəlməsinə yardım, qlobal sabitliyi bərpa edir. Bütün amerikalılar və azad dünya üçün daha böyük təhlükəsizliyə, firavanlığa gətirib çıxarır”.

Qanun layihəsində Ukrayna, İsrail və Tayvana 95 milyard dollar məbləğində yardım nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:23 25.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM