satellite   Azerspace-1: 11135 H 30000

Antalyada sel: 1 nəfər ölüb, məktəblərdə tətil elan edilib

Antalyada sel: 1 nəfər ölüb, məktəblərdə tətil elan edilib

Türkiyənin Antalya şəhərində davam edən sel ağır nəticələrə səbəb olub.

Naxçıvan televiziyası “TRT Haber”ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində şəhərin Kepez rayonundakı Qazi bulvarında bir maşında 47 yaşlı adamın meyiti tapılıb.

Həmçinin, beş rayonda - Aksu, Döşemealtı, Kepez, Muratpaşa və Konyaaltı rayonlarında məktəblərdə bu gün və sabah tətil elan olunub.

Məlumata görə, 989 nəfər təxliyə edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 248 nəfərlik şəxsi heyət, 63 nəqliyyat vasitəsi, 24 generator və 13 dalğıcla işlər davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:23 25.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM