satellite   Azerspace-1: 11135 H 30000

CNN: Qəzzada girovların azad edilməsi üçün danışıqlar həlledici mərhələyə daxil olub

CNN: Qəzzada girovların azad edilməsi üçün danışıqlar həlledici mərhələyə daxil olub

Qəzza zolağında girovların azad edilməsi və anklavda atəşkəsin yaradılması ilə bağlı razılaşma üzrə danışıqlar həlledici mərhələyə qədəm qoyub, qarşıdakı 24 saat sövdələşmə üçün son dərəcə vacib olacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “CNN” Fələstinin radikal HƏMAS hərəkatındakı mənbəyə istinadən məlumat yayıb.

“24 saat ərzində mənzərə daha aydın olacaq. Danışıqçılar atəşkəs, hər iki tərəfdən əsir mübadiləsi prosesinin başlanması, ərzaq, dərman və malların çatdırılması ilə bağlı anlaşmaya nail olmaq üçün aydın və güclü niyyətə malikdirlər”, - mənbə bildirib.

Hazırda Qahirədə Misir, ABŞ, Qətər və İsrail nümayəndələri arasında məşvərət görüşü keçirilir.

Burada Fələstin sektorunda münaqişə tərəfləri arasında Qəzzada radikalların əlində olan girovların İsrail həbsxanalarında məhbus olan fələstinlilərlə dəyişdirilməsinə dair mümkün razılaşma, habelə anklavda atəşkəs rejiminin yaradılması perspektivləri müzakirə olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:23 25.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM