satellite   Azerspace-1: 11135 H 30000

İsrail ordusu HƏMAS-la müharibədə indiyə qədər 571 hərbçi itirib

İsrail ordusu HƏMAS-la müharibədə indiyə qədər 571 hərbçi itirib

İsrail ordusu HƏMAS-la müharibədə 7 oktyabrdan indiyə qədər ümumilikdə 571 hərbçi itirib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İsrael Defence Forces - İDF) mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, ötən gün ərzində anklavın Xan Yunis şəhərində gedən döyüşlərdə daha bir İsrail hərbçisi həlak olub, 8 hərbçi yaralanıb.

Bununla da İsrail ordusunun Qəzza zolağında yerüstü hərbi əməliyyatlara başlayandan indiyədək həlak olan hərbçilərinin sayı 233 nəfərə çatıb.

Xatırladaq ki, ötən ilin 7 oktyabrında HƏMAS İsrailin cənubuna hücum edib və bu hücum nəticəsində 1200-dən çox israilli qətlə yetirilib.

İsrail rəsmiləri bildirib ki, öldürülənlərin əksəriyyəti mülki şəxslərdir. HƏMAS həmin hücumda 240-dan çox israillini girov götürüb.

İsrail hökuməti bu gözlənilməz hücuma cavab olaraq ölkədə müharibə vəziyyəti elan edib və Qəzzada HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb, anklava hava zərbələri endirib.

24 oktyabrdan etibarən İsrail Qəzzada yerüstü hərbi əməliyyatlara başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM