satellite   Azerspace-1: 11135 H 30000

Yunanıstanlı fermerlər traktorlarla Afinaya yürüş etmək niyyətindədir

Yunanıstanlı fermerlər traktorlarla Afinaya yürüş etmək niyyətindədir

Yunanıstanlı fermerlər fevralın 20-də bütün ölkədə böyük etiraz aksiyası keçirəcəklərini elan ediblər.

Naxçıvan televiziyası xəbər verir ki, fermerlər Yunanıstan hökumətini ölkə boyu yolları bağlamaqla və fevralın 20-də traktorlarla paytaxt Afinaya yürüş etməklə hədələyiblər. Yunanıstan Kənd Təsərrüfatı Federasiyasının prezidenti Nikos Marudas mübarizəni davam etdirməkdən başqa seçimlərinin olmadığını bildirib.

Afina fermerlərin enerji xərclərini, həmçinin gübrə və yem üçün ƏDV faizlərini azaltmağı nəzərdən keçirəcəklərini vəd edib. Fermerlər üçün bir neçə min avro həcmində əlavə maliyyə subsidiyaları ayrılması da nəzərdə tutulur. Buna baxmayaraq, təklif olunan əlavə tədbirlər fermerləri qane etmir.

Aqrar sektorun nümayəndələri bu həftə ölkənin Baş naziri Kiriakos Mitsotakislə danışıqlar aparıblar. İki həftə əvvəl başlayan etirazları yumşaltmağa çalışan hökumət başçısı məhdud maliyyə imkanlarına baxmayaraq, məsləhətləşmələrə açıq olduğunu bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM