satellite   Azerspace-1: 11135 H 30000

Mərmərə dənizində batan karqo gəmisində itkin düşənlərdən ikisinin meyiti tapılıb

Mərmərə dənizində batan karqo gəmisində itkin düşənlərdən ikisinin meyiti tapılıb

Mərmərə dənizində batan karqo gəmisinin itkin düşən 6 ekipaj üzvündən ikisini meyiti aşkarlanıb.

Naxçıvan televiziyası "Haber Global"a istinadən xəbər verir ki, ekipaj üzvlərinin axtarışları üç gündür davam edir.

Dənizdə 51 metr dərinlikdə təsbit edilən “BATUHAN A” adlı gəmiyə bu gün dalğıc endirilməsi gözlənilərkən itkin düşən 6 ekipaj üzvündən ikisinin meyitinin də orada olduğu müəyyənləşib.

Qeyd edək ki, gəmi fevralın 15-də əlverişsiz hava şəraiti səbəbindən batıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM