satellite   Azerspace-1: 11135 H 30000

NASA bir il Mars simulyasiyasında yaşamaq üçün könüllülər axtarır

NASA bir il Mars simulyasiyasında yaşamaq üçün könüllülər axtarır

ABŞ-ın Kosmik Agentliyi NASA Marsda həyatın bir il boyu simulyasiyası üçün namizədlər axtarır.

Naxçıvan televiziyası xəbər verir ki, agentlik 2025-ci ilin ortalarından başlayaraq, “Mars Dune Alpha” layihəsi çərçivəsində dörd könüllü axtardığını elan edib. Bu, NASA-nın Mars missiyalarının hazırlanması üçün nəzərdə tutulan “Chapea” proqramının tərkib hissəsi olan ikinci simulyatordur.

Layihə iştirakçıları Texas ştatının Hyuston şəhərində, Mars sahəsinə uyğun modelləşdirilən təxminən 160 kvadratmetrlik simulyasiya sahəsində digər işlərlə yanaşı, məhsul yığımı, həmçinin yaşayış sahəsi və texniki avadanlıqlara xidmət etməli və idmanla məşğul olmalıdırlar.

NASA bildirib ki, təbiət elmləri üzrə ali təhsili olan və ən azı 1000 saat uçuş təcrübəsinə malik hər kəs aprelin 2-dək layihədə iştirak etmək üçün müraciət edə bilər. Bundan əlavə, könüllülər 30 ilə 55 yaş arasında, sağlam və motivasiyalı olmalı, siqaret çəkməməli, ABŞ vətəndaşlığına və ya daimi yaşayış icazəsinə malik olmalıdırlar.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM