satellite   Azerspace-1: 11135 H 30000

Blinken Çinin Rusiyaya hərbi dəstəyindən narahatlığını bildirib

Blinken Çinin Rusiyaya hərbi dəstəyindən narahatlığını bildirib

ABŞ-ın dövlət katibi Antoni Blinken Rusiyanın Ukrayna ərazilərini işğal etməsinə Çin tərəfindən dəstək verilməsindən narahatlığını bildirib.

Naxçıvan televiziyası xəbər verir ki, ABŞ rəsmisi bu narahatlığını Munxen Təhlükəsizlik Konfransı çərçivəsində Çinin xarici işlər naziri Van İ ilə görüşdə dilə gətirib. Dövlət Departamentinin görüşə dair açıqlamasında deyilir ki, Antoni Blinken ÇXR-in Rusiya müdafiə sənayesinə dəstəyi ilə bağlı ölkəsinin narazılığını çatdırıb.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan bəri ABŞ başda olmaqla Qərb blokuna daxil olan ölkələrin rəsmiləri bir neçə dəfə Çinin Rusiyaya hərbi dəstək göstərməsinə dair açıqlamalar verib. Bura həm də Çin şirkətlərinin Rusiyanın müdafiə sənayesi kompleksinə dəstəyi, ikili təyinatlı məhsulların ixracı və s. daxildir. Çin tərəfi isə bu iddiaları qəti surətdə təkzib edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM