satellite   Azerspace-1: 11135 H 30000

Peskov: Navalnının ölüm şəraiti ilə bağlı araşdırma aparılır

Peskov: Navalnının ölüm şəraiti ilə bağlı araşdırma aparılır

Aleksey Navalnının ölüm şəraiti ilə bağlı araşdırma aparılır, qanunda nəzərdə tutulmuş bütün zəruri tədbirlər görülür.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, meyitin Navalnının qohumlarına təhvil verilməsi məsələsinin Kremlə aidiyyatı yoxdur. “Biz bu işə qarışmırıq”, deyə prezidentin mətbuat katibi vurğulayıb.

Kremlin sözçüsü onu da əlavə edib ki, Moskva Navalnının ölümü ilə bağlı aparılan istintaqın nəticələri açıqlanana qədər açıq-aşkar təhqiramiz bəyanatların verilməsini yolverilməz hesab edir.

Onun fikrincə, baş verənlərlə bağlı Qərb siyasətçilərinin açıqlamaları Putinə zərər verə bilməz.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM