satellite   Azerspace-1: 11135 H 30000

Vardanyanın bankı "Bank of Georgia Group"a satılıb

Vardanyanın bankı "Bank of Georgia Group"a satılıb

"Bank of Georgia Group" (BOGG) Ermənistan bankı "Ameriabank" QSC-nin 303.6 milyon ABŞ dollarına satın alınması ilə bağlı razılaşma əldə edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə BOGG-nin press-relizində bildirilib.

Qeyd olunub ki, tranzaksiyanın edilməsindən sonra bankın səhmlərinin 90%-i BOGG-yə, 10%-i isə Avropa Yenidənqurma və İnkişaf Bankına (AYİB) qalacaq.

Qeyd edək ki, korporativ, investisiya və pərakəndə bank xidmətləri göstərən "Ameribank"ın baş qərargahı İrəvanda yerləşir. Bankın hazırda Bakıda həbsdə olan rusiyalı milyarder, Qarabağ separatçılarının rəhbərlərindən olmuş Ruben Vardanyanın nəzarətində olduğu bildirilir.

"Bank of Georgia" isə Gürcüstanın ən böyük kommersiya banklarından biridir və Böyük Britaniyada qeydiyyatdan keçib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM