satellite   Azerspace-1: 11135 H 30000

Ursula Fon der Lyayen yenidən Avropa Komissiyasının sədri postuna namizədliyini irəli sürüb

Ursula Fon der Lyayen yenidən Avropa Komissiyasının sədri postuna namizədliyini irəli sürüb

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen fevralın 19-da ikinci müddətə namizədliyini elan edib.

Naxçıvan televiziyası xəbər verir ki, uzun müddətdir Angela Merkelin rəhbərlik etdiyi Almaniya mühafizəkar partiyasının üzvü olan 65 yaşlı Ursula Fon der Lyayen günorta saatlarında Berlində toplaşan siyasi qrupu qarşısında bu bəyanatla çıxış edib.

İyunun 6-dan 9-dək keçiriləcək seçkilər Avropa İttifaqının əsas təsisatlarının, o cümlədən Avropa Komissiyasının rəhbərlərinin yenilənməsinə yol açacaq ki, bu da səsvermə nəticəsində yaranan siyasi balansı əks etdirməlidir.

Ursula Fon der Lyayen Avropa Komissiyasına sədrlik etdiyi beş il ərzində 27 ölkəni birləşdirən Avropa İttifaqı Brexit, Covid-19 pandemiyası, Rusiyanın Ukraynaya hücumu, ABŞ və Çin arasında qarşıdurma kimi bir sıra sınaqlardan keçib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM