satellite   Azerspace-1: 11135 H 30000

Niderlandın müdafiə naziri: Artıq Ukraynaya dron veririk

Niderlandın müdafiə naziri: Artıq Ukraynaya dron veririk

Niderland artıq Ukraynaya dronlar ötürür.

Naxçıvan televiziyası Ukraynanın İctimai televiziyasına istinadən xəbər verir ki, bu barədə Qərbi Avropa ölkəsinin müdafiə naziri Kaysa Ollonqren söyləyib.

“Dəqiq rəqəm deyə bilmərəm, ancaq biz artıq Ukraynaya dronlar ötürürük. Sözsüz, mən hesab edirəm ki, bu dronlar koalisiyası çox vacibdir, çünki indi biz səylərimizi birləşdirəcəyik, bu da o deməkdir ki, dronların sayını artıra və həmçinin Ukraynanın ehtiyaclarına uyğun olaraq konkretləşdirə biləcəyik”, – o vurğulayıb.

Ollonqren Amsterdamın bu il F-16-ları Ukraynaya təhvil verməyə başlaya biləcəyinə əminliyini ifadə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM