satellite   Azerspace-1: 11135 H 30000

ÜST Qəzzanın cənubundakı xəstəxanadan xəstələri təxliyə edir

ÜST Qəzzanın cənubundakı xəstəxanadan xəstələri təxliyə edir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzza zolağının cənubunda döyüşlərin getdiyi Xan-Yunis şəhərindəki xəstəxanadan xəstələrin təxliyəsini davam etdirir.

Naxçıvan televiziyası “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Arab news” məlumat yayıb.

Məlumata görə, “Naser” Qəzza zolağında ikinci ən böyük xəstəxanadır.

ÜST qeyd edib ki, onlar ağır vəziyyətdə olan 32 xəstəni, o cümlədən uşaqlar və iflic vəziyyətində olan xəstələri təxliyə ediblər. Bununla belə, daha 130 xəstə və 15 həkim xəstəxanada qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM