satellite   Azerspace-1: 11135 H 30000

Aİ Ukraynaya humanitar yardım üçün 75 milyon avro ayırıb

Aİ Ukraynaya humanitar yardım üçün 75 milyon avro ayırıb

Avropa İttifaqı (Aİ) müharibədən zərər çəkmiş insanlara dəstək üçün 83 milyon avro məbləğində humanitar yardım göstərəcək və vəsaitin böyük hissəsi Ukraynaya ayrılacaq.

Naxçıvan televiziyası “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının səhifəsində məlumat verilib.

“Rusiyanın Ukraynanın energetika və mülki infrastrukturuna, xəstəxanalara, məktəblərə və elektrik şəbəkələrinə məqsədyönlü hücumları insanların əsas xidmətlərə çıxışını ciddi şəkildə əngəlləyir. Hər yeni hücumla daha çox ukraynalı evsiz qalır və şaxtalı hava şəraitində köməyə və sığınacağa ehtiyac duyur”, - məlumatda deyilir.

Qeyd olunur ki, Ukraynada 14,6 milyon insan humanitar yardıma ehtiyac duyur.

Avropa Komissiyasından bildirilib ki, humanitar yardıma ayrılan 83 milyon avrodan 75 milyonu Ukraynadakı humanitar layihələrə yönəldiləcək. Buraya sığınacaq, mühafizə xidmətləri, təmiz su, təhsil və səhiyyə kimi əsas ehtiyaclara çıxış daxil olmaqla, təcili yardımın təmin edilməsinə aiddir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM