satellite   Azerspace-1: 11135 H 30000

Rusiya səfiri Navalnının ölümü ilə bağlı Portuqaliya XİN-ə çağırılıb

Rusiya səfiri Navalnının ölümü ilə bağlı Portuqaliya XİN-ə çağırılıb

Rusiyanın Lissabondakı səfiri Mixail Kamınin Aleksey Navalnının ölümü ilə bağlı Portuqaliya Xarici İşlər Nazirliyinə çağırılıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.

Səfirin nazirliyə çağırılmasına səbəb kimi Kremlin Rusiya müxalifətinin lideri Aleksey Navalnının ölümünə şərh verməməsi göstərilib.

Qeyd edək ki, fevralın 17-də Böyük Britaniya Xarici İşlər Nazirliyi Navalnının ölümü ilə bağlı Rusiya səfirinin müşavirini çağırıb. Ardınca Rusiya diplomatları İspaniya, Latviya, Litva, Niderland, Norveç, Polşa, Finlandiya, Fransa, Almaniya, İsveç və Estoniyanın Xarici İşlər Nazirliklərinə də çağırılıb.

Xatırladaq ki, fevralın 16-da A.Navalnı həbsxanada ölüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM