satellite   Azerspace-1: 11135 H 30000

BMT Qəzzanın şimalına ərzaq yardımının göndərilməsini dayandırıb

BMT Qəzzanın şimalına ərzaq yardımının göndərilməsini dayandırıb

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Qəzza zolağının şimalına ərzaq yardımının çatdırılmasını dayandırmaq qərarına gəlib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə təşkilatın yaydığı məlumatda bildirilir.

“FAO Qəzza zolağının şimalına təhlükəsiz şərait yaradılana qədər ərzaq yardımının tədarük edilməsini dayandırır", - deyə məlumatda qeyd olunur.

Təşkilat, tədarükün dayandırılması səbəbindən anklavdakı vəziyyətin daha da pisləşə biləcəyini və daha çox insanın acından ölmə riski ilə üzləşəcəyini də etiraf edib.

Açıqlamaya görə, təşkilat ərzağın göndərilməsini mümkün qədər tez bərpa etməyin yollarını axtaracaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM