satellite   Azerspace-1: 11135 H 30000

BMT yeddi ölkəyə 100 milyon dollar humanitar yardım ayırıb

BMT yeddi ölkəyə 100 milyon dollar humanitar yardım ayırıb

BMT-nin Fövqəladə Hallara Cavab Fondu (MFHCF) Afrika, Amerika və Yaxın Şərqdə maliyyə çatışmazlığı ilə üzləşən yeddi ölkəyə yardım üçün 100 milyon ABŞ dolları ayırıb.

Naxçıvan televiziyası xəbər verir ki, BMT-nin humanitar məsələlər üzrə koordinasiya ofisinin (HMKO) məlumatına görə, Konqo Demokratik Respublikası, Sudan və Suriyanın hər birinə 20 milyon dollar yardım ediləcək. Əsas məqsəd həmin ölkələrdə münaqişə və hərbi əməliyyatlardan əziyyət çəkən insanlara, eləcə də məcburi köçkünlərə dəstək olmaqdır.

Bundan əlavə, Çad qaçqınlara və digər həssas qruplara görə 15 milyon dollar alacaq. Qalan vəsait isə humanitar ehtiyaclarını qarşılamaq məqsədilə Nigerə (10 milyon dollar), Livana (9 milyon dollar) və Hondurasa (6 milyon dollar) veriləcək.

BMT-nin fövqəladə hallar üzrə koordinatoru Martin Qriffits bildirib ki, yeni təcili yardım fondu böhranlarla üzləşən insanlara dəstəyin davam etməsi üçün vacibdir.

Qurumun məlumatına görə, humanitar ehtiyacların 2024-cü ildə də artacağı gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM