satellite   Azerspace-1: 11135 H 30000

Dəməşqdə SEPAH-ın iki müşaviri həlak olub

Dəməşqdə SEPAH-ın iki müşaviri həlak olub

İsrailin Suriyanın Dəməşq şəhərinin cənub-qərbindəki Kfar-Susa məhəlləsinə endirdiyi raket zərbəsi nəticəsində İran İslam Keşikçiləri Korpusunun (SEPAH) ən azı iki müşaviri həlak olub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Məlumata görə, bir mülki şəxs də həlak olub.

Qeyd edək ki, Kfar-Susa Dəməşqin hökumət məhəlləsi hesab olunur. Orada dövlət qurumları və təhlükəsizlik qüvvələrinin qərargahları, habelə xarici səfirliklər yerləşir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM