satellite   Azerspace-1: 11135 H 30000

Çində yük gəmisi körpüyə çırpıldı: avtomobillər çaya düşdü

Çində yük gəmisi körpüyə çırpıldı: avtomobillər çaya düşdü

Çinin cənubundakı Quancou şəhərində Mirvari çayında hərəkət edən yük gəmisi körpüyə çırpılaraq, onu dağıdıb.

Naxçıvan televiziyası Çin mediasına istinadla xəbər verir ki, səhər saatlarında baş verən hadisə nəticəsində körpüdə hərəkətdə olan bir neçə avtomobil çaya düşüb. Hələlik insan tələfatı və xəsarət alanlar haqqında məlumat yoxdur. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Qeyd edək ki, Mirvari çayı Çinin xarici ticarət qapısı sayılan Quancou şəhəri ilə “Böyük körfəz zonası”nın digər şəhərləri, o cümlədən Honkonq arasında əsas əlaqəni təmin edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM