satellite   Azerspace-1: 11135 H 30000

Yerusəlimdə atışma olub, 4 nəfər ölüb, 11 nəfər yaralanıb

Yerusəlimdə atışma olub, 4 nəfər ölüb, 11 nəfər yaralanıb

Yerusəlim şəhərində atışma nəticəsində biri dinc sakin olmaqla 4 nəfər ölüb, 11 nəfər yaralanıb.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Təcili Tibbi Yardım Xidmətindən bildirilib.

Məlumata görə, yaralılardan birinin vəziyyəti ağır, üçü ortadır. Yaralılar yerli hospitala yerləşdiriliblər.

Bir müddət əvvəl polisin mətbuat xidməti bildirmişdi ki, “A-Zaim” nəzarət buraxılış məntəqəsinə hücum olub. Avtomobillə əraziyə gələn silahlı üç nəfər Yerusəlim yolunda tıxacda gözləyən insanlara atəş açıblar. Oradakı təhlükəsizlik qüvvələrinin əməkdaşları silahlıları zərərsizləşdiriblər. Hadisə yerində daha bir silahlı aşkarlanıb. O, ərazidən qaçıb uzaqlaşmaq istəyərkən neytrallaşdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM