satellite   Azerspace-1: 11135 H 30000

Britaniya MN silahlı qüvvələrin PUA-larla təchiz edilməsinə 5,8 milyard dollar ayıracaq

Britaniya MN silahlı qüvvələrin PUA-larla təchiz edilməsinə 5,8 milyard dollar ayıracaq

Böyük Britaniya hökuməti növbəti 10 il ərzində pilotsuz uçuş aparatlarının (PUA) hazırlanmasına və silahlı qüvvələrin onlarla təchiz edilməsinə 4,6 milyard funt sterlinq (5,8 milyard dollar) ayırmağı planlaşdırır.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin (MN) pilotsuz müdafiə sistemlərinin inkişafı strategiyasını əks etdirən sənədində qeyd edilib.

“Müharibənin Avropaya qayıtması müdafiə tədarüklərinə möhkəm, effektiv və çevik yanaşmanın zəruriliyini vurğulayıb”, - sənəddə bildirilib.

Qeyd edilib ki, strategiyanın ilkin prioriteti Ukraynaya PUA-ların çatdırılması planının uğurla həyata keçirilməsidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM