Türkiyənin Müdafiə Nazirliyi: Həftə ərzində regionda 60 terrorçu zərərsizləşdirilib

Türkiyənin Müdafiə Nazirliyi: Həftə ərzində regionda 60 terrorçu zərərsizləşdirilib

Türkiyənin təhlükəsizlik qüvvələri təkcə son həftə ərzində regionda müxtəlif terror təşkilatlarının 60 döyüşçüsünü zərərsizləşdirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyində bildiriblər.

Müdafiə qurumunun mətbuat katibi Zeki Aktürk qeyd edib ki, İraqın şimalı və Suriya da daxil olmaqla, Türkiyə Silahlı Qüvvələrinin antiterror əməliyyatları tam qətiyyətlə həyata keçirilir.

O bildirib ki, bütövlükdə cari il yanvarın 1-dən bəri regionda 458 terrorçu, o cümlədən İraqın şimalında 184, Suriya ərazilərində 274 terrorçu zərərsizləşdirilib.

Türkiyə Müdafiə Nazirliyinin nümayəndəsi terrorçu qrupun İraqın şimalında türk hərbçilərinin yerləşdiyi əraziyə daxil olmağa cəhd göstərdiyi 17 fevral hadisələrinə diqqət çəkib. “Həmin gün vuruşmada 11 silahlı məhv edilib”, - deyən Aktürk terror strukturları ilə qətiyyətli mübarizə aparıldığını xatırladıb.

Müdafiə Nazirliyinin mətbuat katibi onu da bildirib ki, ilin əvvəlindən bəri Türkiyənin dövlət sərhədlərini pozan 1347 nəfər həbs edilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM