Kolumbiyanın şimal-qərbindəki Antiokiya departamentində “Black Hawk” helikopterinin qəzaya uğraması nəticəsində dörd polis əməkdaşı həlak olub.
NUHÇIXAN xəbər verir ki, bu barədə Kolumbiya Milli Polisinin baş direktoru Uilyam Rene Salamanka sosial şəbəkədə yazıb.
“Mayor Xuan Morales, kapitan Sesar Rodriges, habelə iki superintendant Feder Selis və Rafael Qonsales Kolumbiyanı müdafiə edərkən “Black Hawk 0614” faciəsi nəticəsində dünyalarını dəyişiblər”.
Eyni zamanda, Kolumbiya Prezidenti Qustav Petro hadisəyə reaksiya verərək ölənlərin ailələrinə başsağlığı verib.