General Valeri Zalujnının ordunun baş komandanı vəzifəsindən azad edilməsi hərbi komandanlıqda yenidənqurma və dəyişikliklə əlaqədardır.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnını vəzifəsindən niyə kənarlaşdırdığına dair suala cavab verərkən “Fox News” müsahibəsində bildirib.
Dövlət başçısı qeyd edib ki, biz fəaliyyətimizin istiqamətini dəyişməkdən danışmırıq, biz ancaq “uzun müddətdir dəyişməmiş şeylərdən danışırıq”:
“Daha sürətli olmalı idik, bu o deməkdir ki, əlimizdə olan bütün bürokratiyanın üstündən keçməliyik. Başqa şansımız yoxdur. Biz ağıllı, texnoloji cəhətdən inkişaf etmiş və sürətli olmalıyıq. Zaman puldur, bizdə isə pul deyil, insanların həyatıdır”.
Xatırladaq ki, eyni müsahibədə Ukrayna lideri ordusunun müharibədəki itkilərinin miqyasını açıqlamışdı. Dövlət başçısı rusiyalı həmkarı Vladimir Putindən fərqli olaraq müsahibəni kabinetdə deyil, cəbhədə verib.