Erməni politoloq: Ermənistan Ukraynaya çevriləcək

Erməni politoloq: Ermənistan Ukraynaya çevriləcək

Ermənistan parlamentinin keçmiş vitse-spikeri, politoloq Eduard Şarmazanov ölkəsinin Ukraynaya çevriləcəyi barədə xəbərdarlıq edib.

NUHÇIXAN “Aysor”a istinadən xəbər verir ki, o, bu məsələdə Qərbi və Ermənistan baş naziri Nikol Paşinyanı ittiham edib.

“Onlar Ermənistanı Ukraynaya çevirmək istəyirlər. Bu isə o deməkdir ki, dövlətimiz anti-Rusiya tramplininə çevriləcək, suverenliyini itirə, yeni ərazi və insan itkiləri verə bilər”, - E.Şarmazanov söyləyib.

Siyasətçi, həmçinin N.Paşinyanı Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili və Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə müqayisə edib: “Onları birləşdirən nədir? Qərbə sevgi, Rusiyaya nifrət. Onlar itkiyə səbəb olmaqla seçilirlər. Bir şey aydındır: ölkəmiz Paşinyandan xilas olmalıdır. Əks halda pis sürprizlər olacaq”.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM