Vatikanda Müqəddəs Pyotr kilsəsinin mərkəzi hissəsində bərpa işlərinə başlanılıb

Vatikanda Müqəddəs Pyotr kilsəsinin mərkəzi hissəsində bərpa işlərinə başlanılıb

Dahi Covanni Lorenzo Bernininin şah əsəri olan kilsə 1700-cü illərin ortalarından bəri ilk böyük bərpa prosesindən keçdiyi üçün Müqəddəs Pyotr Bazilikasının mərkəzindəki nəhəng tunc və taxta örtük tədricən inşaat dayaqları arxasında qalıb.

NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, təxminən 700 min avroya (756 min dollar) başa gələn bərpa layihəsi ötən ay elan edilsə də, hazırlıq işləri fevralın 14-də başlayıb. Vatikan rəsmiləri bildiriblər ki, bu prosesin 2024-cü ilin noyabr ayının sonuna qədər başa çatdırılması planlaşdırılır. Bərpa tamamilə Katolik xeyriyyə təşkilatı olan “Kolumb rıtsarları” tərəfindən maliyyələşdirilir.

Bazilikanın əsas mehrabını örtən 30 metrə yaxın hündürlüyü olan “çətir” Roma imperatoru Neronun (54-68-ci illər) hakimiyyəti dövründə ilk Papa olmuş Apostol Pyotrun qətlə yetirilməsindən sonra onun dəfn olunduğu güman edilən yerdə tikilib.

Kilsənin kommunikasiyalar üzrə rəhbəri Enzo Fortunato deyib ki, təkcə Papanın ayini icra edə biləcəyi mehrab "bazilikanın bütün memarlığının təməl daşıdır".

Bazilikaya cavabdeh olan San Pietro fabrikinin mühəndisi Alberto Kapitanuççi bildirib ki, "250 illik istifadə və istismardan" sonra strukturun xüsusi diqqətə ehtiyacı vardı. O qeyd edib ki, Papa Fransiskin xristian təqvimində ən mühüm bayramın qeyd edilməsinə rəhbərlik etməsi üçün Pasxa həftəsində təmizlik və təmir işləri dayandırılacaq.

Məqsəd 2025-ci Müqəddəs ilin başlanmasından əvvəl “Bernini çətiri” adlanan mərkəzi hissənin əzəmətini bərpa etməkdir. Yubiley ili kimi də tanınan və ən azı 25 ildə bir dəfə keçirilən Müqəddəs il budəfəki Milad ərəfəsində Papanın bazilikanın Müqəddəs qapısını açdığı zaman başlayır. Ənənəyə görə, bu hadisə günahlarının bağışlanmasını istəyən milyonlarla zəvvarın diqqətini cəlb edir.

Xəbər lenti
Vəfa simvolu - FOTOLAR

11:54 13.12.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM