satellite   Azerspace-1: 11135 H 30000

Valensiyada yanğın nəticəsində 4 nəfər ölüb, 19 nəfər itkin düşüb

Valensiyada yanğın nəticəsində 4 nəfər ölüb, 19 nəfər itkin düşüb

İspaniyanın üçüncü böyük şəhəri olan Valensiyada şəhər mərkəzinin kənarındakı Campanar məhəlləsində 14 mərtəbəli iki yaşayış binasında baş verən yanğın nəticəsində dörd nəfər ölüb.

Naxçıvan televiziyası “LBC news” radiostansiyasına istinadla xəbər verir ki, hadisə yerinə gələn yanğınsöndürənlər kran vasitəsilə iki sakini eyvanlardan sağ çıxara biliblər.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, yanğın nəticəsində 14 nəfər, o cümlədən altı yanğınsöndürən yaralanıb, 19 nəfər isə itkin düşüb.

Yaralananların əksəriyyəti sınıq və yanıq xəsarətləri alıb və tüstüdən zəhərlənib. Xilasetmə xidməti ölənlərin sayının artacağını istisna etmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM