satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna və Danimarka təhlükəsizlik sazişi imzalayıb

Ukrayna və Danimarka təhlükəsizlik sazişi imzalayıb

Ukrayna və Danimarka arasında təhlükəsizlik sazişi bağlanıb.

Naxçıvan televiziyası xəbər verir ki, sənədi Ukrayna Prezidenti Volodimir Zelenski və Danimarkanın Baş naziri Mette Frederiksen imzalayıb.

Bildirilib ki, Kopenhagen Kiyevə qırıcı təyyarələrin, döyüş sursatlarının, təlimçilərin göndərilməsini dəstəkləyəcək. 2024-cü ildə Danimarkanın hərbi dəstəyi azı 1,8 milyard avro olacaq.

Danimarka “Böyük Yeddilik” qrupundan kənarda Ukrayna ilə bu sazişi bağlayan ilk ölkədir.

Qeyd edək ki, fevralın 22-də Danimarka Ukraynaya yeni hərbi yardım paketini elan etmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM