satellite   Azerspace-1: 11135 H 30000

Fransanın xüsusi xidmət orqanları: Makron beynəlxalq sərgidə fitə basıla bilər

Fransanın xüsusi xidmət orqanları: Makron beynəlxalq sərgidə fitə basıla bilər

Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsi Prezident Emmanuel Makronun Beynəlxalq kənd təsərrüfatı sərgisinə səfəri zamanı fermerlərin mümkün təxribatlarından ehtiyat edir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

“Prezident fitə basılmaq riski ilə üzləşib”, - kəşfiyyat xidmətinin məruzəsində bildirilir. Təhlilçilər həmçinin dövlət başçısının sərgiyə gəlişindən sonra “çoxlu aksiyaların” olacağını proqnozlaşdırırlar.

Bununla belə, fermer birliklərinin nümayəndələri, xüsusən “Coordination Rurale” martın 3-dək kənd təsərrüfatı şousu boyunca, oraya gələn siyasətçilərə qarşı etiraz aksiyaları keçirməyi planlaşdırır. Daxili Təhlükəsizlik Baş İdarəsi həmçinin qeyri-birlikdə olan fermerlərdən sərgini pozmaq üçün “fərdi təşəbbüslər” təhdidi ehtimalını da güman edir.

Telekanalın məlumatına görə, beynəlxalq kənd təsərrüfatı sərgisinə gələn bütün ziyarətçilər hərtərəfli yoxlamadan keçəcəklər. Təşkilatçılar fermerlərin kortəbii hərəkətlərindən ehtiyatlanır və salon mühafizəçilərinin sayını əvvəlki illərlə müqayisədə 30-40 % artırmaq niyyətindədirlər. Tədbiri prezident Emmanuel Makron açacaq və o, orada fermerlərlə hakimiyyətdən xarici istehsalçıların haqsız rəqabətindən qorunmaq üçün tədbirlər görməsini tələb edən müzakirələr aparmaq niyyətindədir.

Sərgi fevralın 24-dən martın 3-dək davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM