satellite   Azerspace-1: 11135 H 30000

Fransada fermerlər Makronun da olduğu pavilyona daxil olublar

Fransada fermerlər Makronun da olduğu pavilyona daxil olublar

Fransa hökumətinin siyasətindən narazı qalan fermerlər polis kordonunu yarıb və kənd təsərrüfatı salonunun açıldığı sərgi mərkəzinə soxulublar.

Naxçıvan televiziyası bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

Sərgi mərkəzində Fransa Prezidenti Emmanuel Makron da olub.

Sərgi mərkəzinə girişi bağlayan hüquq-mühafizə orqanlarının əməkdaşlarının olmasına baxmayaraq, fermerlər içəri daxil ola bilib.

Bildirilib ki, təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında dava düşüb, nəticədə polis onları zorla binadan çıxarmağa başlayıb.

Qeyd edilib ki, Makron həmin an mərkəzin ikinci mərtəbəsində idi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM