satellite   Azerspace-1: 11135 H 30000

Portuqaliya fermerlərə dəstək üçün 204 milyon avro ayırıb

Portuqaliya fermerlərə dəstək üçün 204 milyon avro ayırıb

Portuqaliyanın Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi aqro-ekoloji tədbirlərin görülməsi üçün fermerlərə stimul olaraq 204,1 milyon avro (221,2 milyon dollar) ödənildiyini açıqlayıb.

Naxçıvan televiziyası Sinxua agentliyinə istinadla xəbər verir ki, rəsmi açıqlamaya görə, bu məbləğə torpağın mühafizəsi və sudan səmərəli istifadə kimi layihələrə subsidiyalar daxildir.

Dəstək tədbirləri Avropanın müxtəlif ölkələrində Brüsselin kənd təsərrüfatı siyasətinə qarşı etirazlarının gücləndiyi bir vaxtda elan olunub. Etirazlara qoşulan portuqaliyalı fermerlər ədalətli rəqabət və normal iş şəraiti tələb edərək yolları bağlayıblar. Onlar hökumətin uzun müddətdir ki, şikayətlərinə məhəl qoymadığını iddia edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM