satellite   Azerspace-1: 11135 H 30000

Bu gün Polşada NATO-nun genişmiqyaslı təlimləri başlayacaq

Bu gün Polşada NATO-nun genişmiqyaslı təlimləri başlayacaq

Bu gün Polşa Silahlı Qüvvələrinin digər ölkələrin hərbçilərinin iştirakı ilə “Dragon-24” milli təlimləri başlayacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Polşa ordusunun Baş Qərargahı məlumat yayıb.

Poliqonlarda 20 minə yaxın hərbçinin təlim keçəcəyi artıq məlumdur. Təlimlərdə NATO-nun 10 ölkəsindən 3,5 min hərbi texnika və eFP blokundan (NATO-nun müttəfiqlərə dəstək olaraq Şərqi Avropada mövcudluğunu gücləndirmək proqramı) döyüş qrupu iştirak edəcək.

Təlimlərdə quruda, havada və dənizdə qarşılıqlı fəaliyyət və döyüş tapşırıqlarının icrasının sınaqdan keçirilməsi planlaşdırılır.

Eyni zamanda kiberməkanda hərbi təlim əməliyyatları da həyata keçiriləcək. Təlim hələ başlamamışdan əvvəl NATO-nun 1988-ci ildən bu yana ən böyük Dragon 24 təliminin “əsas elementi” adlandırılmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM