satellite   Azerspace-1: 11135 H 30000

Lukaşenko: KTMT Ermənistansız çökəsi deyil

Lukaşenko: KTMT Ermənistansız çökəsi deyil

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan olmadan çökəsi deyil.

Naxçıvan televiziyası ELTA-ya xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Biz buna tamamilə sakit reaksiya veririk. KTMT-də olmaq istəməsələr, o çökməyəcək, dağılmayacaq”, – Belarus lideri söyləyib.

Onun sözlərinə görə, bununla bağlı İrəvandan hələlik heç bir rəsmi bildiriş daxil olmayıb.

Xatırladaq ki, daha öncə Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin “Rusiyanın hakim olduğu” KTMT-də iştirakını dondurduğunu bildirib. Növbəti gün Təşkilatın Katibliyi İrəvandan üzvlüyün dayandırılması ilə bağlı heç bir müraciət almadığına diqqət çəkərək Paşinyanın açıqlamalarını “təşkilatın keçirdiyi heç bir tədbirdə iştirak etməmək”lə əlaqələndirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM