satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Rusiyanın 9 dronunu vurub

Ukrayna Rusiyanın 9 dronunu vurub

Rusiya ötən gecə Ukraynaya 14 pilotsuz uçuş aparatı və raketlərlə hücum edib.

Naxçıvan televiziyası “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin “Telegram” kanalındakı paylaşımında bildirilib. Qeyd olunub ki, Ukraynanın hava hücumundan müdafiə (HHM) sistemləri Xarkov və Dnepropetrovsk vilayətləri üzərində Rusiyanın 9 pilotsuz uçuş aparatını və 3 idarə olunan raketini məhv edib.

Məlumata görə, Rusiya həmçinin Ukraynaya iki S-300 raketi, həmçinin bir hava-yer tipli X-31P raketi buraxıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM