satellite   Azerspace-1: 11135 H 30000

Pakistanın şimal-qərbində hərbi təlimlər başlayıb

Pakistanın şimal-qərbində hərbi təlimlər başlayıb

Pakistan ordusunun məlumatına əsasən, ölkənin şimal-qərbindəki Xayber Paxtunxva əyalətində 10-dan çox ölkənin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər başlayıb.

Naxçıvan televiziyası Sinxua agentliyinə istinadla xəbər verir ki, Pakistan ordusunun xidmətlərarası ictimai əlaqələr bölməsinin yaydığı açıqlamada təlimlərin açılış mərasiminin əyalətin Pabbi bölgəsində keçirildiyi bildirilir.

Təlimlərdə Pakistan, Bəhreyn, İordaniya, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Maldiv adaları, Mərakeş, Qətər, Şri-Lanka, Tayland, Türkiyə, ABŞ və Özbəkistan ordularının hərbi bölmələri iştirak edir.

Məlumatda qeyd olunur ki, bu təlimlər Pakistanda hər il təşkil olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM