satellite   Azerspace-1: 11135 H 30000

Sərt qış səbəbindən Monqolustanda 1,5 milyon mal-qara tələf olub

Sərt qış səbəbindən Monqolustanda 1,5 milyon mal-qara tələf olub

Monqolustanda kəskin soyuqlar və həddən artıq qar yağması 1,5 milyondan çox mal-qaranın tələf olması ilə nəticələnib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Monqolustan Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının məlumatında deyilir. Məlumata görə, torpağın donması və otlaqların qarla örtülməsi səbəbindən mal-qara qida çatışmazlığı ilə üzləşib.

BMT-nin hesabatında yem çatışmazlığı və qiymətlərinin bahalaşması səbəbindən vəziyyətin daha da ağırlaşdığı vurğulanır.

Soyuqlar yerli əhali üçün də ciddi fəsadlar törədib. Güclü qar səbəbindən yolların bağlanması əhalinin sağlamlıq xidmətlərinə əlçatanlığını məhdudlaşdırıb.

Qeyd edək ki, dünyanın son köçəri ölkələrindən biri olan Monqolustan tez-tez güclü küləklər, qar və toz fırtınaları ilə müşayiət edilən sərt kontinental iqlimə malikdir. Ölkədə təxminən 64 milyon mal-qaranın olduğu təxmin edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM