satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə kəşfiyyatı PKK-nın aparıcı fiqurlarından birini zərərsizləşdirib

Türkiyə kəşfiyyatı PKK-nın aparıcı fiqurlarından birini zərərsizləşdirib

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (Milli İstihbarat Təşkilatı) Suriyanın Qamışlı bölgəsində keçirdiyi yeni əməliyyat nəticəsində PKK terror təşkilatının aparıcı fiqurlarından biri zərərsizləşdirilib.

Naxçıvan televiziyası “Anadolu”ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində “Azadi Derik” kod adlı Emine Seyid Ahmet öldürülüb.

Onun Suriya vətəndaşı olduğu bildirilir.

Məlumatda qeyd edilib ki, E.S.Ahmet Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı hücumlarda iştirak edib, həmçinin raket hücumları barədə əmrlər verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM