satellite   Azerspace-1: 11135 H 30000

Pentaqon Yəməndə husilərin 230 hədəfinə zərbələr endirib

Pentaqon Yəməndə husilərin 230 hədəfinə zərbələr endirib

ABŞ Yəmənin “Ənsar Allah” hərəkatının (husilər) üsyançılarının 230 hədəfini vurub.

Naxçıvan televiziyası “Bloomberg”ə istinadən xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin Yaxın Şərq məsələləri üzrə köməkçisinin müavini Deniel Şapiro deyib.

O həmçinin Senatın Xarici Əlaqələr Komitəsinin dinləmələrində qeyd edib ki, ABŞ qüvvələri çox güman ki, husilərin yüzlərlə silahını məhv edib. Bununla belə, Şapironun sözlərinə görə, hərəkat qalan arsenalından istifadə edərək “qarşıdurmaya tab gətirməkdə qərarlı” görünür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM