satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə sürətli dəmiryol şəbəkəsi Qaradəniz bölgəsinədək uzanacaq

Türkiyədə sürətli dəmiryol şəbəkəsi Qaradəniz bölgəsinədək uzanacaq

Türkiyənin sürətli dəmir yolu şəbəkəsi ölkənin Qaradəniz bölgəsinədək uzadılacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə məlumatı nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlayıb.

Yüksəksürətli qatar şəbəkəsinin bütün Türkiyə boyunca uzanacağını bildirən nazir deyib ki, Ankara, Eskişehir, Konya, İstanbul və Karaman vilayətlərini əhatə edən xətt hazırda Sivasa qədər uzadılıb. Növbəti mərhələdə isə xəttin Qaradəniz bölgəsindəki Samsun şəhərinə qədər çatdırılması nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM