satellite   Azerspace-1: 11135 H 30000

RF XİN: Moskva İrəvan aeroportundan sərhədçiləri çıxarmaq təklifini dost addımı hesab etmir

RF XİN: Moskva İrəvan aeroportundan sərhədçiləri çıxarmaq təklifini dost addımı hesab etmir

RF Ermənistan parlamentinin spikeri Alen Simonyanın İrəvan aeroportundan Rusiya sərhədçilərinin çıxarılmasının zəruriliyi barədə təklifini dost addımı hesab etmir.

Naxçıvan televiziyası xəbər verir ki, bu fikirləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada brifinqdə deyib.

“Düzdür, parlament spikerinin onun tərəfindən qaldırılan mövzuya hansı dərəcədə cavabdeh olması tam aydın deyil. Biz bununla bağlı Ermənistanın hakimiyyət orqanlarından heç bir müraciət almamışıq”, - deyə diplomat əlavə edib.

Xatırladaq ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan bu yaxınlarda jurnalistlərə bəyan edib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının təmsilçiləri İrəvandakı “Zvartnots” aeroportunu tərk etməlidirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM