satellite   Azerspace-1: 11135 H 30000

Britaniya MN: Rusiya ordusu Ukraynada irəliləyib

Britaniya MN: Rusiya ordusu Ukraynada irəliləyib

Ukraynanın Avdeyevka şəhərinin qərbindəki ərazi Rusiya ordusunun hücum mərkəzi olaraq qalır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

“Rusiya fevralın 17-də şəhəri ələ keçirib və o vaxtdan şəhərin mərkəzindən təxminən 6 km irəliləyib. Rusiya Federasiyası demək olar ki, ərazidəki bir neçə kəndi nəzarətə götürüb”, - məlumatda qeyd edilib.

Bildirilib ki, bu taktiki nailiyyətlər ilk növbədə Rusiyanın Avdeyevka ətrafında mövqelərini möhkəmləndirməyə xidmət edir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM