satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan: İslamofobiya dünyada vəba kimi sürətlə yayılır

Ərdoğan: İslamofobiya dünyada vəba kimi sürətlə yayılır

“Budəfəki Antalya Diplomatiya Forumunun əsas məqsədi böhran vəziyyətlərində diplomatiyanı önə çıxarmaqdır”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

“Üç gün davam edən müzakirələrin dünyaya töhfə verəcəyinə ümid edirik. Amma o qədər də ümidli deyiləm. Çünki islamafobiya dünyada vəba kimi yayılır”, - R.T.Ərdoğan söyləyib.

O vurğulayıb ki, xaoslar getdikcə artır: “Beynəlxalq nizam isə zəifləyir”.

R.T.Ərdoğan diqqətə çatdırıb ki, Türkiyə İŞİD terror təşkilatını məğlub edən yeganə NATO ölkəsidir.

O bildirib ki, Ankara 40 ildir terrorla mübarizə aparır: “Mübarizəmiz davam edəcək. Türkiyə prinsiplərindən geri çəkilməyəcək”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM