satellite   Azerspace-1: 11135 H 30000

Böyük Britaniya sularında dəniz şlakının yeni növü aşkarlanıb

Böyük Britaniya sularında dəniz şlakının yeni növü aşkarlanıb

Tədqiqatçılar İngiltərənin cənub-qərbində dəniz şlakının yeni növünü aşkarlayıblar.

Naxçıvan televiziyası BBC telekanalına istinadla xəbər verir ki, “Pleurobranchaea britannica” adı verilən yeni növün qlobal istiləşmə səbəbindən daha mülayim suların olduğu şimala köç etdiyi məlum olub.

Ətraf Mühit, Qida və Su Təsərrüfatı Elmləri Mərkəzindən bildirilib ki, okean temperaturunun rekord isinməsi dəniz həyatına ciddi təsir edir. Alimlərin fikrincə, yeni növün daxil olduğu qrup iqlim dəyişikliyinə və insan fəaliyyətinin təsirlərinə həssas olduqları uçun dəniz ekosisteminin sağlamlığını anlamağa kömək edə bilər. Ekspertlər iqlim dəyişikliyinin balıq ehtiyatlarına ciddi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edirlər.

Böyük Britaniya və İrlandiya sahillərindəki dənizlərdə şlakların təxminən 100 müxtəlif növü yaşasa da, yeni növ formasına görə digərlərindən fərqlənir.

Qeyd edək ki, dəniz şlakları müxtəlifliyi və gözəlliyi ilə tanınan qabıqsız dəniz molyusklarının bir növüdür. Onlar 5 santimetrədək böyüyür və qida zəncirində xüsusi yeri tutur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM