Rusiya ordusunun pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın Odessa şəhərinə hücumu nəticəsində ölənlərin sayı dördə çatıb.
Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Odessa vilayət administrasiyasından bildirilib.
Qeyd olunub ki, xilasedicilər dağıntılar altından daha 1 meyit çıxarıblar.
Xilasetmə əməliyyatı hazırda davam etdirilir.
