satellite   Azerspace-1: 11135 H 30000

Fransa polisi Korsikada etirazçılara və "Haber Global"ın canlı yayımına müdaxilə edib - VİDEO

Korsikanın Bastiya şəhərində Fransanın siyasətinə etiraz olaraq növbəti aksiya keçirilib.

Naxçıvan televiziyası xəbər verir ki, aksiyanı işıqlandıran "Haber Global"ın canlı yayımına polis müdaxilə edib.

Belə ki, jurnalist Emre Karaca və operator Engin Esgi aksiyanı zor gücü ilə dağıtmaq istəyən asayiş keşikçilərinin müdaxiləsi ilə üzləşib.

Qeyd edilir ki, polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz və səs bombalarından istifadə edib. Bəzi yerlərdə kiçik yanğınlar olub. Fransa polisinin hazırda qanunsuz hərəkətləri davam edir və dinc aksiya keçirən Korsika xalqını qorxutmaq, müstəqillik tərəfdarlarını susdurmaq məqsədi daşıyır.

Bildirək ki, aksiya Korsikada müstəqillik tərəfdarı olan fəalları birləşdirən "Nazione" hərəkatının liderlərindən birinin bir neçə il öncə həbsdə ona olan hücum nəticəsində ölümünün ildönümünə həsr edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM